Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan YUNESKO-nun komitəsinə üzv seçilib

Noyabrın 30-u və dekabrın 1-də YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclas çərçivəsində YUNESKO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti 4 il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə YUNESKO-nun İcraiyyə Şurasına da üzv seçilib.

“Hər iki seçkilərdə əldə edilmiş yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın YUNESKO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir”, – nazirlikdən bildirilib.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …