Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Suriyada terrorçular 7 əsgəri qətlə yetiriblər

Suriyada noyabr ayı ərzində terrorçu qruplaşmaların təxribatları nəticəsində 7 hərbçi həlak olub, daha 24-ü yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verib.

Noyabrda İdlib deeskalasiya zonası ərazisindən terrorçuların hökumət qüvvələrinə qarşı 258 hücumu qeydə alınıb.

“Mərkəz qanunsuz silahlı birləşmələrin komandirlərini silahlı təxribatlardan əl çəkməyə çağırır”, – Kulit vurğulayıb.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …