Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Azərbaycanda 200 minə yaxın vətəndaşa ŞAD XƏBƏR: HƏR BİRİNƏ 190 MANAT ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

Boyukmillet.com xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.

Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlüklə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçısı isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və az təminatlı təbəqəsinə – ailələr və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.

Layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Bu, birdəfəlik ödəniş olacaq, məbləği isə 190 manat (111 dollar) təşkil edəcək. Həmin ödəniş işsizə çevrilən və dövlət Məşğulluq Xidmətində qeydə alınan 170 min vətəndaşa veriləcək.

Qeyd edək ki, hökümət artıq 2020-ci ildə (aprel-iyun aylarında) ölkədə 600 min nəfərə 190 manatlıq işsizlik müavinəti ödəyib. Bu dəstək pandemiya nəticəsində işini itirən rəsmi və qeyri-rəsmi çalışanlara ödənilmişdir. Dünya Bankının layihəsi də həmin 600 min nəfərdən 170 min nəfərinə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …