Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycanda 3 268 qəbiristanlıq bələdiyyələrə təhvil verilib – RƏSMİ

Azərbaycanda 4 204 qəbiristanlıq var ki, onların da 3 268-i bələdiyyələrə təhvil verilib.

Boyukmillet.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, 900-dən artıq qəbiristanlıq isə hələ təhvil verilməyib: “Bunun da təxminən bir neçə səbəbləri var. Əsas səbəb də xəritələrin tam dədqiq olmamasıdır. Ona görə də bu işi başa çatdırmaq düzgün deyil. Bundan başqa, orada əmlakların bəzilərinin mülkiyyət sənədləri yoxdur. Bu günə kimi də alınmayıb. Ona görə də belə çətinliklər bu gün var. Tək-tük rayon icra hakimiyyətləri var ki, orada komissiyalar yaradılsa da, təhvil-təslim işləri bir az dayanıb. Bu işlər diqqət və nəzarətdədir”.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …