Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda 5 il gizir və miçman kimi xidmət edənlərə kiçik leytenant rütbəsi veriləcək

Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsi veriləcək.

Boyukmillet.com-un xəbərinə görə, bu, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, hazırkı qanunun 36.1.3-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə könüllü daxil ola bilməsi müəyyən edilsə də, qanunvericilikdə tam orta təhsilli gizir və miçmanlara kiçik leytenant hərbi rütbəsinin verilə bilməsi nəzərdə tutulmayıb.

Təklif edilən dəyişikliklə isə gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılmış olacaq.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …