Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Azərbaycanda “Analar Günü” təsis oluna bilər – EKSKLÜZİV

Azərbaycanda “Analar Günü”nün təsis olunması məsələsinə baxıla bilər.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:

“Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik”.

B.Muradova qeyd edib ki, Azərbaycanda “Analar Günü”nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: “Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”.

Check Also

Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı bəyanatı Ermənistanı silkələdi –Ulu Öndərin Göyçə anonsu və ilginc reaksiyalar  

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.Musavat.com-un məlumatına …