Cümə , 27 Mart 2026
Drone Cameras

Azərbaycanda daha 1186 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 629 352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610 605 nəfər müalicə olunaraq sağalıb, 8 564 nəfər vəfat edib, aktiv xəstə sayı 10 183 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 116, ötən müddət ərzində isə ümumilikdə 6 037 787 test aparılıb.

Check Also

Bundan sonra sığortaolunanları dərman və tibb vasitələri ilə TƏBİB təmin edəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi …