Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

Azərbaycanda hərbçilərin ərzaq pulu 210 manat artırılacaq – RƏSMİ

Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: “Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq”.

Qeyd edək ki, müzakirələr zamanı deputatlar hərbçilərin ərzaq pulunun artırılması təklifi ilə çıxış ediblər.

Check Also

Azərbaycan MN: Ermənistan təxribatlarını gizlətməyə çalışır

Martın 31-də saat 11:10 radələrində Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən …