Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Azərbaycanda “Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir

“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən işlənilir.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, dəyişiklik layihəsi rəy verilməsi üçün Müdafiə Nazirliyinə göndərilib.

“Azərbaycanın suverenliyinin təmin edilməsi, ərazi bütövlüyümüzün tam təmin edilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiə məsələləri ilə bağlı bir sıra nüanslar yenidən aktuallıq kəsb edir. Hesab edirəm ki, yaz sessiyası müddətində həmin dəyişikliklər qəbul ediləcək”, – Z.Əsgərov əlavə edib.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …