Çərşənbə , 26 İyun 2024
Drone Cameras

Azərbaycanda İran vətəndaşı saxlanıldı – Əməliyyat

Füzuli rayonunda oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

Boyukmillet.com xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən səkkiz nəfər saxlanılıb.

Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Check Also

Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilib

Şuşanın Daşaltı kəndində bir tondan artıq çətənə bitkisi məhv edilib. Boyukmillet.com xəbər verir ki, Şuşa …