Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda koronavirusla bağlı ümumi test sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb. 

Qeyd edilir ki, Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …