Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanda OnlinePress xəbər saytı fəaliyyətə başladı

boyukmillet.com xəbər verir ki, OnlinePress xəbər saytının yaradılmasında əsas məqsəd Azərbaycanda və dünyada baş verən ən mühüm siyasi, iqtisadi və digər yenilikləri işıqlandırmaq, ölkə həqiqətlərini, respublikanın siyasi və iqtisadi həyatını əks etdirən dolğun məlumatları, ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu haqlı mövqeni dünyaya çatdırmaqdır.

Əsas iş prinsipi operativlik və tərəfsizlik olan Onlinepress.az Azərbaycan və yaxın vaxtlarda Rus dillərində xəbərlər yayımlayacaq. Onlinepress.az-da Ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələr barədə xəbərlər, məqalələr, müsahibələr, ekspert rəyləri yer alır.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …