Bazar , 8 Fevral 2026
Drone Cameras

Azərbaycanda sərnişindaşıma 21 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 20,7 % çox olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 33,8 milyon ton yük daşıyıb. Yüklərin 53,3 %-i avtomobil nəqliyyatı, 34,7 %-i isə boru kəməri, 8,6 %-i dəmir yolu, 3,3 %-i dəniz, 0,1 %-i hava ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 % təşkil edib..

Hesabat dövründə nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Check Also

“IndiGo” İran ətrafındakı vəziyyətə görə Bakı daxil olmaqla bir sıra şəhərlərə uçuşları dayandırır

Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün …