Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satışı qadağan edilə bilər

Azərbaycanda sığortalanmayan çoxmənzilli binalarda mənzillərin satılması qadağan edilə bilər.

Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan və sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması Ombudsman tərəfindən təklif olunur.

Check Also

AZAL-ın rəhbəri azərbaycanlı pilotları uçuşlardan kənarlaşdırır

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb. Boyukmillet.com xəbər …