Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanda şirkət direktoru axtarışa verilib

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

Boyukmillet.com xəbər verir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib.

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Check Also

Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Şabanlı …