Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanda son sutkada 108 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Boyukmillet.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 865 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 228 nəfər müalicə olunaraq sağalıb, hazırda 712 aktiv xəstə var. Bu günə qədər 9 925 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 863, bu günə qədər isə ümumilikdə 7 264 095 test icra olunub.

(Report.az)

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …