Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Azərbaycanda sutkalıq yoluxma sayı 300-ə düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada nəfər 18 “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 307 011 nəfər müalicə olunaraq sağalıb, 4 698 nəfər vəfat edib. 15 378 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 946, bu günə qədər isə ümumilikdə 3 337 931 test icra olunub.

Check Also

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan …