Cümə , 3 May 2024
Drone Cameras

Azərbaycanda suyun qiymətinin artırılmasının səbəbləri AÇIQLANDI

“İstifadə müddəti keçmiş iri infrastruktur layihələrinin təmirinə çox az vəsait sərf edirik”.

Boyukmillet.com oxu.az-a istinadla bildirir ki, bunu “Azərsu” ASC-nin İqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin rəisi Elçin Camalov deyib.

O bildirib ki, “Azərsu” ASC-nin istehlak xərclərinin 3-5 faizi təmir xərclərinə sərf olunur:

“Bu isə iri infrastruktur layihələrinin uzunmüddətli dövrdə istismar müddətini dəfələrlə başa vurmasına gətirib çıxarır. Bu məqsədlə də tariflərin artırılması zəruri hala çevrilmişdir. Tariflərin artırılmasında məqsədlərin biri də suya israfçılığın qarşısını almaqdır. Bizim məqsədimiz istehlakçıları içməli su təchizatı ilə təmin etməkdir. Bəzən görürük ki, içməli su suvarma və ya sənayenin hansısa sahəsində istifadə edilir və israfçılığa yol açır”.

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …