Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Azərbaycanda XXI əsr müharibələrinin tələblərinə cavab verən Komanda Məntəqəsi quruldu

Azərbaycanda yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi qurulub.

Boyukmillet.com xəbər verir ki, məntəqə Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla ərsəyə gətirilib.

Belə ki, yeni qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolokasiya vasitələrinin, radiotexniki kəşfiyyatın, radioelektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir.

Qeyud edək ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə məlumat verilib.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …