Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. Azərbaycan vətəndaşlarından 77-si artıq dünyanın top universitetlərinə qəbul olub.
Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, son illər məktəblilər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min məktəblinin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur.