Cümə axşamı , 3 Oktyabr 2024
Drone Cameras

Azərbaycanı İspaniyada keçiriləcək yarışda təmsil edəcək triatlonçular müəyyənləşib

Azərbaycanı İspaniyanın Barselona şəhərində keçiriləcək “Ironman” məsafəsi üzrə beynəlxalq yarışda təmsil edəcək triatlonçular müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, yarışda “Tritterra Baku Triathlon Club”unun idmançıları Aleksandr Mordasov, Teymur Fərəcov, Kamil Əliyev, Fəxri Əkbərov, Oleq Kuçerov, İzzət Nəfiyev, Tural Mahmudov və Samir Cavadov iştirak edəcək.

Ironman normasını yerinə yetirmək üçün idmançılar üç sınaqda iştirak edəcəklər. Onlardan 3,8 km məsafədə üzmək, 180 km velosiped sürmək və 42,2 km marafon məsafəsində yürüşdə iştirak etmək tələb olunur.

Qeyd edək ki, oktyabrın 6-da baş tutacaq beynəlxalq turnirdə 60 ölkədən 3000 idmançının iştirakı planlaşdırılır.

Check Also

Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Report”a …