Cümə , 17 Aprel 2026
Drone Cameras

Azərbaycanın əleyhinə olan bəndin qarşısını Albaniya aldı

Ötənilki Frankofoniya sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya Təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Məhz Albaniya həmin bəndin qarşısını alan ölkə oldu.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında söyləyib.

Həmin addımın dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə, biz çox minnətdarıq”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …