Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycanın Əməkdar incəsənət xadimi 98 yaşında vəfat edib

Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Asya Sultanova vəfat edib.

Boyukmillet.com xəbər verir ki, o, 98 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tanınmış bəstəkar Asya Baxış qızı Sultanova 1923-cü il oktyabrın 16-da Bakıda anadan olub. Atası geoloq, anası isə ingilis dili müəllimi olub.

O, 1942-1944-cü illərdə Azərbaycanda konservatoriya təhsili alıb. Növbəti təhsilini Moskva Konservatoriyasında davam etdirib və 1950-ci ildə məzun olub. Bundan sonra daimi olaraq Moskvada yaşayıb.

A.Sultanova musiqiçi və aktyor Vladimir Şanskiy ilə ailəli olub.

1963-cü ildə dünya şöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevlə tanış olub və birlikdə bir çox bəstə yaradıblar. O, 1967-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Check Also

Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və …