Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Azərbaycanın Fransadakı səfirliyi həmyerlilərimizə müraciət edib

Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək.

“Report”un yerli bürosu bildirir ki, şöbə aprel-iyun aylarında Fransanın Bordo, Tuluza, Strasburq, Nitsa, Puatye, Kayen, Le-Man, Metz şəhərlərində səyyar konsulluq xidmətləri həyata keçirməyi planlaşdırır.

Xidmətlərə ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq məsələləri üzrə məsləhətlər daxildir.

Səyyar konsulluq xidmətlərinin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan vətəndaşlarının ehtiyaclarını öncədən öyrənmək üçün tədbirlərə başlanılıb.

Konsulluq adı çəkilən şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarına elektron poçt vasitəsilə öz təkliflərini ünvanlamaq üçün müraciət edib.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …