Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycanın iki gimnastı beynəlxalq turnirlərdə medallar qazanıb

Azərbaycanın iki idman gimnastı beynəlxalq turnirlərdə uğurlu çıxış edib.

Boyukmillet.com xəbər verir ki, yığmanın üzvü Nikita Simonov Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda qızıl medal qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətin icrasında bütün rəqiblərini qabaqlayıb.

Millinin digər gimnastı İvan Tixonov isə Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “RoamGym Trophy 2023” beynəlxalq turnirində fərqlənib. O, dəstəkli atda bürünc medala sahib çıxıb.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …