Cümə axşamı , 17 Aprel 2025
Drone Cameras

Azərbaycanın iki karateçisi Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın iki karateçisi İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatının finalına yüksəlib.

Boyukmillet.com xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar.

Qeyd edək ki, qitə çempionatına 48 ölkədən 468 idmançı qatılıb.

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …