Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq

Azərbaycanın İranla dövlət sərhədində yeni buraxılış məntəqələri inşa olunacaq.

Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Qeyd edilib ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …