Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib

Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib.

Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyidir – red.) direktoru tərkibdən çıxarılıb.

Qeyd edək ki, Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …