Cümə , 17 May 2024
Drone Cameras

Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır – KORONAVİRUSU UNUDUN!

Koronavirus (COVID-19) pandemiyası Türkiyədə gənələrin artmasına təsir göstərib.

Boyukmillet.com Sfera.az-a istinadən xəbər verir ki, Sivas Cümhuriyyət Universitetinin dekanı, professor İlhan Çətin “Kırım Konqo Qanlı Hərarəti” (KKQH) xəstəliyinə yoluxanların sayının artdığını bildirib. Buna səbəb isə diqqətin koronavirusa yönəldilməsidir.  O bildirib ki, bu dövrdə əkinçilik və heyvandarlıq sahəsindəki fəaliyyətlərin azalması və lazımi dərəcədə dərmanlamanın olmaması KKQH-nı yayan gənələrin sayının artmasına səbəb olub.

Professor gənələrin artımının ötən illə müqayisədə 1 ay yarım tez başladığını vurğulayıb. Nəticədə xəstəlik ötən illə müqayisədə 6-7 dəfə çoxalıb:

“Gənə populyasiyası çox tez yetişir. 1 gənədən 300-500 gənə törəyir. Bununla mübarizə sürətlə aparılmasa, gənə sürətlə çoxalacaq və xəstələrin sayı artacaq. Bu növ xəstəliyə qarşı vaksin hazırlanması uzun müddət tələb edir. Çünki bunlar adətən heyvanlarda xəstəliyin yaranmasına səbəb olduğu halda, artıq insanlarda da xəstəliklərin yaranması ilə nəticələnir. Buna görə də peyvəndin hazırlanması uzun çəkir. Lakin “Kırım Konqo Qanlı Hərarəti” xəstəliyi COVİD-19 kimi sürətli yayılmır. Burada sadəcə gənələr əsas rol oynadığından, əsas mübarizə də gənələrlə aparılır”.

Professor bildirib ki, xəstəliyin əsas risk qrupları əkinçilik və heyvandarlıqla məşğul olan insanlardır. Qorunmağın yeganə yolu isə gənələrin sayının azaldılmasıdır:

“Kənd təsərrüfatı sahəsində çalışan insanlar evə gəldikdən sonra gənə yoxlanışı etməlidirlər. Əgər, gənə yapışıbsa, bunu özləri çıxarmamalıdırlar. Xəstəxanaya və yaxud təcili tibbi yardım işçilərinə müraciət etməlidirlər. Qorunmaq məqsədilə kimyəvi dərmanlardan istifadə olunmaqla yanaşı, insanlar özləri də diqqətli olmalıdırlar. Təbiətdə və otlaqlarda gəzərkən corabları şalvarın üstünə çəkmək tövsiyyə olunur”.

Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır
Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır
Azərbaycanın qonşusunda yeni dəhşətli virus yayılır

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …