Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın səbri daşdı: terrorçular məhv edilir – General

Yenə səhəri ermənilərin terror xəbəri ilə açdıq. Ermənilər ən yaxşı bacardıqları alçaqlığı yenə etdilər. Mina terroru nəticəsində şəhid olan polis qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a Ermənistanın mina terrorunun nəticələri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Ağdamda baş verən son təxribat nəticəsində iki hərbçimizin yaralanması və mina terrorunun davam etməsi, xəritələrin təhvil verilməməsi səbrimizin sonunu gətidi. Nəticədə Şanlı Azərbaycan Ordusu Qarabağda antiterror tədbirlərinə başladı. Ermənistan bunu təkbaşına yox, arxasındakılarla birlikdə edirdi. Ona görə bütün məsuliyyət İrəvan qədər, onların da üzərinə düşür. Bütün terror nöqtələri məhv edilməli, sıradan çıxarılmalıdır. Azərbaycan sülh istədi, amma qarşılığında təxribat, terror, cinayət gördü. İndi isə Ermənistan terrorçularına qarşı tədbirləri görməlidir. Allah Şanlı Azərbaycan Ordusuna yar olsun!” – türk general bildirib.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …