Cümə , 19 Aprel 2024
Drone Cameras

Azərbaycanın tanınmış futbolçusunun vəziyyəti ağırdır

“Qarabağ”, “Neftçi” və “Kəpəz” klublarının sabiq futbolçusu Elbrus Abbasov koronavirusa yoluxub.

Bu barədə  Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, keçmiş hücumçu təqribən 5-6 gün öncə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan Abbasovun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

O, noyabrın 28-də “Qarabağ” klubu ilə birlikdə Ağdama səfər etmişdi.

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

 Elbrus Abbasov

Elbrus Abbasov

Check Also

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb 

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada …