Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycanın TDT Katibliyinin hesabına köçürdüyü 2 milyon dolların bir hissəsinin nəyə xərclənəcəyi açıqlanıb

TDT ölkələrinin təhsil nazirləri və aidiyyəti strukturları Türk Universitetləri Birliyi və “Orhon” mübadilə proqramı üçün daimi katiblik formalaşdırmaq üçün lazımi addımlar atır.

Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən büdcəyə köçürülən 2 milyon dolların bir hissəsi bunun üçün xərclənəcək.

Baş katib həmçinin qeyd edib ki, Budapeştdə TDT-nin qeyri-rəsmi zirvə görüşündə Əfqanıstanla bağlı qəbul edilən qərardan sonra İşçi Qrupu aidiyyəti üzrə addımlar atır:

“Digər önəmli məsələ gənclərin radikal qruplar tərəfindən radikallaşmaya meyilləndirilməsi ilə bağlıdır. Həmçinin kibertəhlükəsizliklə bağlı memorandum hazırlamışıq. Təhsil də əməkdaşlığımızda önəmli yerə sahibdir”.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …