Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycanın xilasediciləri daha 11 şəxsin meyitini çıxarıb 

ürkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha 11 şəxsin meyitini çıxarıb.

Boyukmillet.com xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Pınar məhəlləsindəki binanın dağıntıları altından fevralın 13-də 7, bu gün isə 4 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Azərbaycanın FHN-in bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …