Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycanın xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində axtarış-xilasetmə əməliyyatları keçirir

Azərbaycanın xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində axtarış-xilasetmə əməliyyatları keçirir.

Bu barədə “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Fevralın 7-də şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin Heydər Əliyev prospektindəki binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Qeyd edək ki, ötən gün ərzində Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Check Also

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun …