Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycanın XİN başçısı beynəlxalq ictimaiyyətdən dəstək istəyib

“Azərbaycan qlobal COVID-19 cavab səylərində fəal iştirakını davam etdirir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatı adından irəli sürdüyü və geniş beynəlxalq səviyyədə tanınma və dəstək qazanmış qlobal təşəbbüsləri, o cümlədən COVID-19-a cavab olaraq QH Əlaqə Qrupunun zirvə toplantısının təşkili, QH üzv dövlətlərin pandemiya ilə mübarizədə əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının çağırılması, BMT İnsan Hüquqları Şurasının COVID-19 peyvəndlərinə ədalətli, əlverişli, vaxtında və universal şəkildə çıxışı haqqında qətnaməsinin və BMT Baş Assambleyasının Üçüncü Komitəsində COVID-19 peyvəndlərinin ədalətsiz paylanması ilə bağlı qətnamənin qəbul edildiyini vurğulamaq istərdik. Pandemiyadan sonrakı qlobal bərpa ilə bağlı Azərbaycanın gələcək təşəbbüslərinə beynəlxalq ictimaiyyətin razılaşdırılmış dəstəyinə inanırıq”, – XİN başçısı bildirib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …