Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

XİN başçısı: “Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir”

“Əfqanıstanda davamlı sülh aktual məqsəd olaraq qalır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, region ölkəsi kimi və bizim Əfqanıstan xalqı ilə mövcud olan sıx tarixi və dini bağlarımıza görə Azərbaycan Əfqanıstandakı vəziyyəti böyük narahatlıqla izləyir.

“Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təmin edilməli, onun etnik cəhətdən müxtəlif əhalisinin sülh şəraitində birgə yaşayışını təmin edən siyasi transformasiya üçün lazımi şərait yaradılmalıdır” – C.Bayramov əlavə edib.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …