Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Azərbaycanın yeniyetmə boksçuları MDB Oyunlarına hazırlığı Çində davam etdirəcəklər

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi ölkəmizdə keçiriləcək MDB Oyunlarına hazırlığı Çində davam etdirəcək.

Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bakıda ilkin mərhələni başa vuran yığma növbəti təlim-məşq toplanışını Sincan-Uyğur Muxtar Rayonunda keçəcək.

Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədov Çində Əli Abaslı (48 kq), Ayxan Həsənov, Məhəmməd Rəsulov (hər ikisi 50 kq), Sadiq Musayev (52 kq), Tunar Mehdiyev, İbrahim Bədəlli (hər ikisi 54 kq), Raul Heydərli, Yusif Əliyev (hər ikisi 57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq) və Səftər Məmmədzadəni (+80 kq) yoxlayacaq.

Milli üzvləri burada yerli boksçularla hazırlıq keçəcək, sınaq döyüşlərinə çıxacaq.

Qeyd edək ki, bu gün səfərə yollanacaq komanda sentyabrın 1-də Bakıya qayıdacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …