Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb

Azərbaycanla Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop tviterdə yazıb.

“Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız “Əməkdaşlıq Protokolu” parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək”, – parlament sədri vurğulayıb.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …