İngiltərədə yerli “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunu üçün azərbaycanlı azarkeşlər indiyək 500-dən çox bilet alıblar.
Bu barədə “Report”a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, matça iki gün qaldığı üçün sayın daha da artacağı gözlənilir.
“Köhlən atlar” bu gün, saat 17:00-da çarter reysi ilə Londona yola düşəcək. Görüşdən bir gün əvvəl, Bakı vaxtı ilə saat 18:30-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı gerçəkləşəcək. Bundan yarım saat sonra isə komandanın açıq məşqçi olacaq. Ölkə çempionu maçtdan sonra Vətənə qayıdacaq.
Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.