Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycanlı biznesmen Rusiyanın ən zəngin adamı oldu

“Forbes”in reytinqinə görə, Rusiyanın ən varlı adamları siyahısında birinci yeri “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov tutub.

Son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. “Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.

Reytinqdə ikinci yeri “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır.//Oxu.az

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …