Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Azərbaycanlı gənclər Sankt-Peterburqda Türkiyəyə dəstək aksiyası keçiriblər

Azərbaycanlı gənclər Sankt-Peterburqda Türkiyəyə dəstək üçün aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, müxtəlif bölgələrində güclü meşə yanğınları ilə mübarizə aparan Türkiyəni dəstəkləmək məqsədilə Rusiyada yaşayan azərbaycanlı gənclər qardaş ölkəyə humanitar yardım göndəriblər.

Meşə yanğınlarından zərərçəkmişlərin ilkin ehtiyaclarını (ərzaq, paltar və dərman) təmin etmək məqsədi ilə “Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı nəzdindəki Azərbaycan Gəncləri Birliyinin (AGB) təşkilatçılığı ilə xeyriyyə marafonu təşkil edilib. Rusiyada yaşayan minlərlə həmvətənimizin marafona yaxından qoşulması nəticəsində 363000 rubl ianə toplanıb.

Antalyaya səfər edən AGB sədri Elman Manafov və sədr müavini Fərid Əsgərov Türk Kızılay təşkilatının bu şəhərdəki rəhbərliyi ilə görüşüb və toplanılmış maddi yardımı təqdim ediblər.

Manavqat bələdiyyəsinin sədri Şükrü Sözen humanitar yardıma görə Elman Manafovun və Fərid Əsgərovun şəxsində Rusiyada yaşayan azərbaycanlı gənclərə minnətdarlığını bildirib. Türkiyənin bu çətin günlərində Azərbaycanın və dünyada yaşayan azərbaycanlıların böyük dəstəyindən danışan bələdiyyə sədri deyib ki, Türkiyə xalqı heç zaman bu qardaşlıq yardımını unutmayacaq.

Gülçin Cəmil

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …