Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak OLDU

Azərbaycanlı Zahid Rzayev Rusiya-Ukrayna müharibəsində həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Masallı rayonunun Böyük Kolatan kəndində anadan olan və Rusiya Federasiyası vətəndaşı Zahid Kamran oğlu Rzayev Rusiya-Ukrayna müharibəsində gedən döyüşlərdə həlak olub.

Onun nəşi doğulduğu Böyük Kolatan kəndində dəfn olunacaq.

Mərhum ailəli olub, bir övladı var.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …