Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Azəriqaz” plazadakı partlayışla bağlı açıqlama yaydı

“Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib:

“Əməkdaşlar “Azəriqaz” məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir.

Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq”.

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonu ərazisində yerləşən “AFEN Plaza”da partlayış baş verib.

Check Also

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz …