Cümə , 26 Aprel 2024
Drone Cameras

Azərbaycanın Milli qəhrəmanı Xarkov şəhərində anılıb

Boyukmillet.com Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulluğuna istinadən xəbər verir ki Azərbaycanın Milli qəhrəmanı Viktor Vasilevıç Seregınin Xarkov şəhərində xatırə lövhəsinin təntənəli açilış mərasimi olub.

 Azərbaycan Respublikasının Ukraynada fövqəlada və səlahiyyətli səfiri Azər Xudiyev, Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanovun iştirakı ilə Azərbaycanın Milli qəhrəmanı Viktor Vasilevıç Seregın xatırə lövhəsinin təntənəli açilış mərasimi olub. Əslən Xarkov şəhərındən olan V. V. Seregin 1992 ildə Şuşa şəhərinin əhalisini Mi-8 mülki helikopteri ilə xilas etdiyi zaman qəhrəmancasına həlak olub.

Səfir Azər Xudiyev tədbirdə çıxış edərək Azərbaycan adından Sereginin ailəsinə öz təşəkkürünü bildirərək, onun qəhrəmanlıqını heç vaxt yaddan çıxmayacağını bildirib. Fəxri konsul Əfqan Salmanov öz çıxışında Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulluğu milli qəhrəmanımızın ailəsinə dəstək göstərməyə hazır olduğunu bildirərək, Azərbaycan və Ukrayna xalqlarının dostluq və qardaşlıq əlaqələrinin inşa olunmasına bu qəhrəmanların böyük xidməti olduğunu qeyd edib.

Açılış mərasimində V. V. Sereginin qızı Oksana Viktorovna və qəhrəmanın nəvəsi Vlada da çıxış edərək onları unutmadıqlarına görə və milli qəhrəmanın xatirəsinin əbədiləşdirdiyi üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Ukraynada fövqəlada və səlahiyyətli səfiri Azər Xudiyevə, Azərbaycan Respublikasının Xarkov şəhərində fəxrı konsulu Əfqan Salmanova və bütün Azərbaycan xalqına öz minnətdarlıqlarını bildirmişdılər.

Tədbirdə Azərbaycan-Ukrayna dostluq cəmiyətinin rəhbəri Murat Ömərov və digərləri də çıxış edərək Sereginin qəhrəmanlıqının hər bir azərbaycanlının xatırlamasının vacibliyini bildiriblər.

Xatirə lövhəsi Ukrayna Xalq Rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı, heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb

Studençenskaya küçəsində 4 nömrəli binanın fasadında yenıcə qurulmuş xatirə lövhəsinin açılışinda Xarkov səhər şurasının nümayəndələri,  Ukraynadaki çox saylı diaspor təmsilçiləri və Xarkov şəhərində təhsil alan Azərbaycanli tələbələr iştirak ediblər. 

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir