Bazar ertəsi , 6 Fevral 2023

Azərbaycanın Dövlət Müstəqilliyinin əleyhinə səs verənlər- SİYAHI

Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-ci ildönümüdür.

26 il öncə- 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul edib.

Xatırladaq ki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat isə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. (Digərləri isə iclasa qatılmayıb)

Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:

1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,

2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,

4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov – sabiq nazir, vəfat edib

6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı

9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat

10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova – xalq artisti, deputat

12. Madər Musayev – 5 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib və hələ də deputatdır

13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko – sabiq deputat

15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir

16. Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri

17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri

18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri

19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov – işsiz

21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı

22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov – sabiq deputat

25. Rüfət Əsədov – Nazirlər Kabinetində şöbə müdiri

26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov – Nazirlər Kabinetində şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov – sabiq deputat

29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir

30. Telman Orucov – ADP-nin keçmiş katibi. (yenicag.az)

 

boyukmillet.com

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir