Şənbə , 20 Aprel 2024
Drone Cameras

Azərbaycanın “Oskar” mükafatına təqdim etdiyi film Los-Ancelesdə nümayiş olunub

Los-Ancelesdə keçirilən Asiya Dünya Film Festivalı çərçivəsində Azərbaycanın “Oskar” mükafatına təqdim etdiyi “Nar bağı” filmi nümayiş etdirilib.
Boyukmillet.com-un report-az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyilə keçirilən ekran əsərinin təqdimatından öncə çıxış edən baş konsul Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycan kinematoqrafiyasının 1898-ci ildən başlayan tarixi, mövcud ənənələri haqqında məlumat verib.
Diplomat Azərbaycanın bu sahədə fəaliyyət göstərən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb. “Nar bağı” filmi haqqında danışan N.Ağayev ailə faciəsindən bəhs edən bu filmin gözəl sənət əsəri olduğunu bildirib.
Çıxışında Asiya Dünya Film Festivalının rəhbərliyinə təşəkkür edən baş konsul uğurlu əməkdaşlığın artıq ikinci ildir davam etdiyini, 2016-cı ildə həmin festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filminin ilk açılış filmi kimi çox böyük uğurla nümayiş etdirildiyini qeyd edib.
Daha sonra festivalın təsisçisi və icraçı direktoru Corc Şamşum çıxış edərək, Azərbaycan filminin Festival çərçivəsində iştirakından və baş konsulluqla əməkdaşlıqdan məmnun olduğunu bildirib. Azərbaycanın mütərəqqi inkişafından, zəngin mədəniyyəti və tarixindən danışan C.Şamşum Azərbaycanın müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.
Los-Ancelesdə yaşayan və Azərbaycan icması fəallarından olan Kimiya Məmmədova çıxış edərək, “Nar bağı” filmi və filmin rejissoru İlqar Nəcəf haqqında məlumat verib. Rejissor İ.Nəcəfin müraciətini tamaşaçılara oxuyan K.Məmmədova filmin öncəki nümayişlərdə izləyicilərə dərin təəssürat bağışladığını qeyd edərək, festivalda filmin uğurla iştirak edəcəyinə ümid etdiyini bildirib.
Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir