Şənbə , 21 İyun 2025
Drone Cameras

Azərbaycanın Xorvatiyadakı səfiri təltif edilib

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” ilə təltif edib.

“Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdim edilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidentini yaxın zamanlarda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Kamil Xasiyev Prezident İlham Əliyevin və Prezident Kolinda Qrabar-Kitaroviçin qarşılıqlı fəaliyyətlərinin, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin və səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini bildirib.

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən Knyaz Branimirin şərəfinə olan orden 1995-ci il aprelin 1-də təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur. (azertac)

 

boyukmillet.com

Check Also

İsrail İrandakı hərbi obyektlərə yeni silsilə zərbələr endirib

İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir