Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Azərbaycan ordusunda “NATO günləri” başlayıb

Azərbaycan ordusunda “NATO günləri” başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Hava Qüvvələrini komandanlığını ziyarət edəcək.

Tədbir çərçivəsində zabit və kursant heyəti üçün “NATO-nun strukturu və vəzifələri”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun Əməliyyat İmkanları Konsepsiyası”, “NATO və Kibertəhlükəsizlik” və digər mövzularda mühazirələr təqdim olunacaq.

Azərbaycan ordusunda “NATO günləri” oktyabrın 5-dək davam edəcək.

(Report.az)

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir