Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin – SİYAHISI

Azərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

Unikal.org olke.az-a istinadən xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:

Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent – Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).

Afrika:

Namibiya (sərhəddə), Kabo – Verde (sərhəddə), Komor (sərhəddə), Fildişi sahili (sərhəddə), Cibuti (sərhəddə), Qvineya-Bisau (sərhəddə), Madaqasqar (sərhəddə), Malavi (sərhəddə), Mavritaniya (sərhəddə), Mavriki (sərhəddə), Mozambik (sərhəddə), Seyşell (sərhəddə), Tanzaniya (sərhəddə), Toqo (sərhəddə), Uqanda (sərhəddə), Zimbabve (sərhəddə).

Okeaniya:

Mikroneziya, Vanuatu, Marşall adaları (sərhəddə), Palau (sərhəddə), Samoa (sərhəddə), Tuvalu (sərhəddə).

Xatırladaq ki, viza (lat. — icazə) — xarici pasportda və ya pasportu əvəz edən hər hansı digər sənəddə xüsusi icazə yazısıdır. Viza sahibinin ölkəyə girişi və orda qalması hüququnu təsdiq edir. Səlahiyyətli dövlət orqanları tərəfindən, adətən Konsulluq şöbələri, bəzi hallarda isə immiqrasiya xidmətləri tərəfindən birbaşa sərhəddə — aeroportda verilir. Viza adətən saxtalaşdırılmadan qorunmuş yapışgan kağız formasında, bəzi hallarda isə möhür formasında olur. Vizada növbəti qeydlər olur: vizanın qüvvədə olduğu müddətdə onun sahibinin qala biləcəyi ölkə və ya ölkələr; girişin ilk günü və qalmanın son günü tarixi; verilmə yeri və tarixi; vizanın növü yazılır/olke.az

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir