Çərşənbə , 1 Fevral 2023

Rza Zərrab 60 yaşlı kişini zorlayıb-ŞOK İDDİA

“New Tork Times”dan Benjamin Veyserin xəbərinə görə, Zərrabla 2016-cı ilin noyabr ayından 2017-ci ilin mart ayına kimi həbsxanada eyni məkanı paylaşan məhkum Zərrab tərəfindən təcavüzə məruz qaldığını deyərək ona qarşı məhkəmədə iddia qaldırıb.

60 yaşında və afrikalı olan şəxs Zərrabla bir vaxtlar eyni məkanda cəza çəkdiklərini və dost olduqlarını bildirib. Bundan başqa Zərrabın şəxsi vəkilini tutması üçün ona pul təklif etdiyini də deyib. Adı açıqlanmayan yaşlı adam irəli sürdüyü iddiada Zərrabın onun Afrikadakı ailəsinə pul göndərdiyinə dair sənədlər də təqdim edib.

Təcavüzə məruz qaldığını iddia edən afrikalı şəxs “çarəsiz idim və məndən daha gənc birinə qarşı gücüm çatmadı. Bundan başqa utandım və şikayət etməkdən qorxdum”deyib.

Üstəlik Zərrabın bu ilin martın 8-də ona yenidən təcavüz etdiyini, lakin du dəfə qışqıraraq kömək istədiyini söyləyən məhkum “baş verənlər ortaya çıxandan sonra şikayət etməyə qərar verdim” deyib.

İddia sahibi olan məhkumun vəkili bildirib ki, hadisə ilə bağlı həyata keçirilən araşdırmalardan sonra bu haqda heç bir dəlil tapa bilməyiblər. Lakin həbsxana rəhbərliyi mövzu ilə bağlı açıqlama verməkdən yayınıb.

Rza Zərrabın vəkili olan Robert J. Anello isə iddiaların tamamilə əsassız və çirkin bir iftira olduğunu açıqlayıb. (interpress)

Check Also

Kamran Əliyev Münhenin Baş prokuroruna terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir